DÜNYA

07 Sentyabr

Kanada Bankı faiz dərəcələrini 5% səviyyəsində saxlayıb

Kanada Bankı siyasət faizini gözləntilərə uyğun olaraq, 22 ilin ən yüksək səviyyəsi olan 5 % səviyyəsində dəyişməyərək saxladı.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Kanada Bankı gözləntilərə uyğun olaraq siyasət faizini dəyişməyərək 5 % səviyyəsində saxlayıb.

Bankdan verilən açıqlamada bankın monetar sərtləşdirmə siyasətini davam etdirdiyi bildirilib.

İqtisadiyyatın qiymət təzyiqini azaltmaq üçün lazım olan daha zəif bir böyümə dövrünə girdiyinə diqqət çəkən açıqlamada, artımın ilin ikinci rübündə kəskin şəkildə yavaşladığı və 0,2 % daraldığı xatırladıldı.

Açıqlamada ölkədə əmək bazarında sıxlığın azalmağa davam etdiyi, lakin maaş artımının 4-5 % civarında qaldığı vurğulanıb.

Zəminə Hüseyn
Fins.az