Mərkəzi ofisi Londonda olan İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi (CEBR) tərəfindən edilən şərhdə, ilin ikinci rübündə cəmi 6342 şirkətin iflasa uğradığı xatırladılır, qurumun modelləşdirməsinə görə, hər birində 7 min şirkət 2024-cü ilin rübündə ölkədə cəmi 28 min şirkətin iflas riski ilə üzləşə biləcəyi qeyd edilib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Böyük Britaniyada yüksək faiz dərəcələri və borclanma xərcləri səbəbindən gələn il ümumilikdə 28 min şirkətin müflis ola biləcəyi bildirilir.
Böyük Britaniya Bankının (BoE) faiz artırma siyasətinin əksi olan açıqlamada, "Yüksək borclanma xərcləri səbəbiylə iri miqyaslı investisiyalar gecikirsə və şirkətlər iflas etməyə davam edərsə, bunun material tədarükçülərindən tutmuş iş yerlərini itirən işçilərə qədər ciddi təsirləri olacaq." - deyə, məlumatda qeyd olunub.
Böyük Britaniya hökumətinin iyul ayında açıqladığı məlumatlara görə, bu ilin ikinci rübündə ölkədə müflisləşən şirkətlərin sayı 6342 ilə 2009-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.
Keçən ay Böyük Britaniya Bankı (BoE) siyasət faizini 25 əsas bənd artıraraq 5,25 faizə çatdırdı. Beləliklə, siyasət faizi son 15 ilin ən yüksək səviyyəsinə çatıb. Böyük Britaniya Bankı inflyasiya hədəfini 2 faiz səviyyəsində saxlamağa davam edir.
Zəminə Hüseyn
Fins.az