DÜNYA

30 Avqust

ABŞ-da mənzil qiymətləri illik əsasda dəyişməz qalıb

ABŞ-da SP CoreLogic Case-Shiller iyun ayı üçün ev qiymətləri indeksi məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ev qiymətləri iyun ayında ötən ilin eyni ayı ilə müqayisədə dəyişməz qalıb.

May ayında indeks illik müqayisədə 0,4 % azalıb. Mövsümi təsirlərdən təmizlənmiş milli mənzil qiymətləri indeksi iyun ayında aylıq bazda 0,7% artdı.

İndeksdə yer alan 20 şəhər arasında mənzil qiymətlərində illik artım ən çox olan şəhərlər 4,2% ilə Çikaqo, 4,1% ilə Klivlend və 3,4 % ilə Nyu York olub.

Zəminə Hüseyn
Fins.az