DÜNYA

29 Avqust

Dünyada ev qiymətlərinin ən yüksək artım tempi Türkiyədə qeydə alınıb

Britaniyanın “Knight Frank” daşınmaz əmlak konsaltinq şirkətinin araşdırmasının məlumatlarına görə, 2023-cü ilin birinci rübündə dünyada ev qiymətlərinin ən yüksək artım tempi Türkiyədə qeydə alınıb.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artım illik ifadədə 132.8% təşkil edib. Qiymətlər ən çox Ankara, İzmir və İstanbul kimi şəhərlərdə artıb.

Fevral ayında ölkənin cənub-şərqində baş verən zəlzələlərdən sonra Türkiyədə mənzil qiymətlərində kəskin artım qeydə alınıb.

Türkiyəni reytinqdə ev qiymətləri 18.8% bahalaşan Şimali Makedoniya izləyir. Üçüncü yeri 16.6% artımla Xorvatiya tutub. Xorvatiyanı 15.3% artımla Litva izləyir.

Araşdırmaya görə, Yunanıstan və Bolqarıstanda ev qiymətləri müvafiq olaraq 14.5% və 9.5% artıb. Yaponiya 6.8%, Fransa 2.7%, ABŞ isə 0.7% artıb.

"İndeks şəhərlərdə qiymətlərin dəyişməsini də təhlil edir. Siyahıya Türkiyənin üç ən böyük şəhəri başçılıq edir: Ankarada qiymət artımı 135.3% təşkil edib. Ankaranı İzmir - 133% ilə və İstanbul - 127.3% ilə izləyirlər", - NTV bildirib.