DÜNYA

29 Avqust

Yaponiyada işsizliyin artması müşahidə olunub

Yaponiyada işsizlik iyul ayında artıb. 

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ölkədə işsizlik səviyyəsi 2,7 %-ə yüksəlib.

İqtisadçılar bu nisbətin 2,5 % səviyyəsində qalacağını gözləyirdilər. Bir əvvəlki ayla müqayisədə işçilərin sayı 100 min azalarkən, işsizlərin sayı 110 min nəfər artıb. Qadınlar arasında işsizlik səviyyəsi bütün yaş qruplarında artsa da, 45-54 yaşlı kişilər və 15-24 yaşlı kişilər arasında azalıb.

Zəminə Hüseyn
Fins.az