DÜNYA

29 Avqust

Özbəkistanın "Saneg" şirkəti qaz hasilatını artırıb

Özbəkistanda neft hasilatının artırılması üzrə dövlət proqramının icraçısı olan ölkənin ən iri neft-qaz şirkətlərindən biri sayılan “Saneg” 2021-ci ildən 2022-ci ilədək qaz hasilatını 3,5 dəfə artıra bilib (389 milyondan 1,4 milyard kubmetrədək).

Fins.az şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Saneg” 103 neft yatağından istifadə hüququna malikdir. 2019-cu ildə yataqların təhvil verilməsi zamanı neft hasilatının ümumi həcmi 378 min ton olub. 2022-ci ildə “Saneg” hasilatı 586 min tona çatdıra bilib.

Şirkətin 750 milyon dollardan çox məbləğdə əsas investisiyaları həm neft, həm də qaz sahələrinin inkişafına yönəlib.

Qeyd edək ki, Özbəkistanda qaz hasilatının təxminən beş faizi "Saneg”in payına düşür. 2026-cı ilə qədər hasilat proqramı çərçivəsində şirkət qaz hasilatını 3 milyard kubmetrə çatdırmaq niyyətindədir.

©Trend