DÜNYA

28 Avqust

Türkiyədə yeni neft quyusu qazılacaq

Sentyabr ayında Türkiyənin Van vilayətində yeni neft quyusunun qazılmasına başlanılacaq.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib.

"Əsas məqsədimiz odur ki, Türkiyədə neft-qaz üçün kəşfiyyat aparılmayan yer qalmamalıdır. Kəşfiyyat işləri aparmağı planlaşdırdığımız sahələrdən biri də Orta və Şərqi Qara dəniz bölgəsidir. Həm Orduda, həm də Rizədə hədəflədiyimiz sahələr var", - deyə o, əlavə edib.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.