Çin Milli Statistika Bürosunun (UIB) məlumatına görə, yanvar-iyul aylarında illik dövriyyəsi 20 milyon yuandan (2,74 milyon dollar) çox olan sənaye müəssisələrinin ümumi mənfəəti 3,94 trilyon yuan (540 milyard dollar) təşkil edib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Çində sənaye şirkətlərinin mənfəəti 2023-cü ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 % azalıb.
Ölkədə sənaye istehsalı iyulda 3,7 % artaraq gözləntilərin altında olub.
Çində sənaye müəssisələrinin mənfəəti 2022-ci ildə əvvəlki ilə nisbətən 4 % azalıb.
Zəminə Hüseyn
Fins.az