DÜNYA

28 Avqust

Avqust ayında ABŞ istehlakçı güvən indeksi azalıb

Miçiqan Universiteti amerikalı istehlakçıların tendensiyalarına uyğun hazırlanmış avqust ayı üçün İstehlakçı Güvən İndeksi üzrə yekun məlumatları açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-ın Miçiqan Universiteti tərəfindən ölçülən istehlakçı güvən indeksi avqust ayında 69,5-ə qədər azaldılıb.

Sözügedən məlumatlar aşağıya doğru revize edilərkən, avqust ayı üçün aparıcı göstərici 71.2 olaraq açıqlandı. İstehlakçı güvən indeksi iyul ayında 71,6 olaraq qeyd edildi.

Zəminə Hüseyn
Fins.az