DÜNYA

25 Avqust

Almaniyada iş dünyasının iqtisadiyyata inamı pisləşir

Qərargahı Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (İFO) təxminən 9 min şirkətin iştirakı ilə aparılan avqust ayı üçün "Alman Biznes Sorğusu"nun nəticələrini dərc edib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Almaniyada biznes mühitinin iqtisadiyyata inamı avqust ayında ardıcıl dördüncü ayda da pisləşib.

Müvafiq olaraq, Almaniyada keçən ay 87.4 bənd olan İfo Biznes Mühiti Güvən İndeksi, şirkət rəhbərlərinin gələcək proqnozlarının kəskin şəkildə pisləşməsi səbəbiylə avqust ayında 85.7 punkta geriləyərək, ardıcıl dördüncü ayda da enişini davam etdirib. Bazarın ehtimalları indeksin 86.7 bəndədək azalacağı yönündə idi.

Almaniyada Ifo İqtisadi Proqnozlar İndeksinin avqustda 83.6-dan 82.6 bəndə, Cari Vəziyyət İndeksinin isə 91.4 bənddən 89 bəndə enməsi diqqət çəkir. İş dünyasının mövcud vəziyyətlə bağlı qiymətləndirmələrinin 2020-ci ilin avqust ayından bəri ən aşağı səviyyəyə düşməsi də diqqət çəkib.

Qlobal artımın yavaşlaması, sənaye istehsalının azalması və istehlakçıların artan inflyasiya ilə mübarizə səyləri də Almaniya iqtisadiyyatına mənfi təsir göstərir.

Zəminə Hüseyn
Fins.az