DÜNYA

25 Avqust

Heineken Rusiya bazarından çıxıb

Hollandiyalı pivə istehsalçısı Heineken-in Rusiyadakı fəaliyyətini simvolik olaraq 1 avroya Rusiyanın Arnest Group-a satdığı bildirilir.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Heinekendən verilən yazılı açıqlamada, şirkətin Rusiyadakı varlıqlarının Rusiya Arnest Group-a 1 avroya satılması ilə Rusiya bazarından çıxışın tamamlandığı açıqlanıb.

Hollandiya şirkəti həmçinin bildirib ki, satış müqaviləsi bütün lazımi təsdiqləri alıb və ehtimal ki, 300 milyon avroluq fövqəladə əməliyyat itkiləri ilə nəticələnəcək.

Şirkət Rusiyada yeddi pivə zavoduna sahib idi və 1800 işçisi var idi.

Zəminə Hüseyn
Fins.az