DÜNYA

25 Avqust

Türkiyədə sektor güvən indeksləri avqust ayında aşağı düşüb

Türkiyə Statistika Təşkilatı (TÜİK) avqust ayı üçün xidmət, pərakəndə ticarət və tikinti güvən indekslərini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki,  güvən indeksi avqust ayında bir əvvəlki aya görə xidmət sektorunda 1,7 %, pərakəndə ticarət sektorunda 0,4 %, tikinti sektorunda 0,7 % azalıb.

Mövsümi təsirlərdən təmizlənmiş xidmətlər güvən indeksi iyulda 117,3-dən avqustda 115,3-ə düşüb.

Zəminə Hüseyn
Fins.az