DÜNYA

25 Avqust

İyul ayında ABŞ-da iqtisadi artım sürətlənib

Çikaqo FED Milli Fəaliyyət İndeksi (CFNAI), istehsal fəaliyyətinin artması ilə iyul ayında ABŞ-da iqtisadi artımın sürətləndiyini göstərdi.

Fins.az xəbər verir ki, iyun ayında -0.33 bənd olan Çikaqo FED Milli Fəaliyyət İndeksi iyulda 0.12 bənd səviyyəsinə yüksəldi.

Sıfırdan yuxarı dəyərlər iqtisadi fəaliyyətin orta tarixi tendensiyadan yuxarı artdığını göstərir.

İqtisadi artımın sürətlənməsində ən böyük amil istehsalla bağlı göstəricilərin daha əvvəl -0.36 bənd səviyyəsindən 0.18 bəndə yüksəlməsi olmuşdur.

CFNAI diffuziya indeksi iyul ayında bir qədər yaxşılaşaraq -0.05 bəndə yüksəlib. İndeksin üç aylıq hərəkətli ortalaması isə -0.15 bənddən -0.13 bəndə kimi artıb.