ABŞ Ticarət Nazirliyi iyul ayı üçün yeni ev satış statistikasını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-da yeni ev satışları iyul ayında aylıq bazda 4,4% artaraq 714 minə yüksəldi.
Açıqlanan məlumatlara görə, yeni ev satışları iyul ayında bir ilin ən yüksək səviyyəsinə çatıb. İqtisadçılar yeni ev satışlarının iyul ayında 0,9 % artaraq 703 minə çatacağını proqnozlaşdırmışdır.
İyun ayında yeni ev satışları 2,8 % azalaraq 684 minə düşüb.
Zəminə Hüseyn
Fins.az