DÜNYA

24 Avqust

Beş ölkə BRICS-in yeni üzvü ola bilər

Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı BRICS qrupunun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) yeni üzvləri olacaq.

Fins.az xəbər verir ki, bu barədə Braziliyanın UOL portalı qrupun sammitinin yekun sənədinin layihəsinə istinadla məlumat yayıb.

Məlumata görə, əsas seçim meyarlarından biri coğrafi amil olub ki, bu da qrup daxilində regional tarazlığı təmin etməlidir. Bu prinsipə uyğun olaraq, daha bir Afrika ölkəsinin bloka qoşulması da nəzərdən keçirilir. Bundan əlavə, gələcəkdə Braziliya hakimiyyəti İndoneziyanı assosiasiyanın bir hissəsi kimi görmək istərdi, lakin Cakarta hələ BRICS-ə qoşulmağa hazır deyil.

BRICS sammiti avqustun 22-dən 24-dək Yohannesburqda keçirilir. Bundan əvvəl Cənubi Afrika Respublikasının xarici işlər və əməkdaşlıq naziri Naledi Pandor bildirmişdi ki, BRİKS ölkələrinin liderləri assosiasiyaya yeni üzvlərin qəbulu prinsiplərini əks etdirən sənəd üzərində razılığa gəliblər. BRİCS-ə üzvlük üçün ümumilikdə 22 ölkə müraciət edib.