DÜNYA

24 Avqust

Türkiyədə iyul ayında kart ödənişləri 138% artıb

Türkiyədə Banklararası Kart Mərkəzi (BKM) iyul ayının statistikasını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyul ayında kredit kartları, debet kartları və qabaqcadan ödəniş kartları ilə edilən ödənişlərin ümumi məbləği ötən ilin eyni dövrünə görə 138 % artaraq 752,5 milyard TL-yə çatıb.

Müvafiq olaraq, iyul ayı etibarilə Türkiyədə kredit kartlarının sayı 109,8 milyon, debet kartlarının sayı 181,1 milyon, ön ödənişli kartların sayı isə 81 milyon olub. 2022-ci ilin iyul ayı ilə müqayisədə kredit kartlarının sayında 19 faiz, debet kartlarının sayında 14 faiz, əvvəlcədən ödənilmiş kartların sayında isə 24 faiz artım olub.

Zəminə Hüseyn
Fins.az