DÜNYA

24 Avqust

İraq Türkmənistandan təbii qaz idxal edəcək

İraq təbii qaz idxalı ilə bağlı Türkmənistanla prinsipial razılığa gəlib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, İraqın neft nazirinin qaz işlərindən məsul müavini İzzət Sabir tərəfindən edilən açıqlamada, İraqın təbii qaz idxalı ilə bağlı Türkmənistanla prinsipial razılığın əldə edildiyi bildirilib.

Sabir açıqlamasında İraqın yüksək səviyyəli nümayəndə heyətinin Türkmənistanda görüşlər keçirdiyini bildirərək, "İraq hökuməti dost ölkə Türkmənistanla təbii qaz sahəsində əməkdaşlığın inkişafına önəm verir. Qaz idxalına dair prinsipial razılaşma əldə olunub. Türkmənistan İraqın elektrik ehtiyacını qarşılayacaq”- deyə ifadə edib.

Sazişin gələcəkdə ortaq anlaşma memorandumu ilə elan ediləcəyini qeyd edən Sabir, iki ölkə arasında anlaşma memorandumunun ilin sonuna qədər imzalanacağını bildirdi.

İraqın İNA xəbər agentliyinin məlumatına görə, İraq 2022-ci ildə İrandan 9 milyard kubmetrdən çox qaz idxal edib.

Zəminə Hüseyn
Fins.az