DÜNYA

24 Avqust

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini  artırıb

Türkiyə Mərkəzi Bankının (TCMB) Pul komitəsi növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı (bir həftəlik repo faizi) qərarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, TCMB uçot faiz dərəcəsini 17.5%-dən 25%-ə qədər qaldırıb.

Qeyd edək ki, TCMB-nin bu il iyulun 20-də keçirilmiş iclasında uçot dərəcəsini 15%-dən 17.5 %-ə kimi artırmışdı.