2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Tuzla limanı 2 milyon 856 min 890 ton yük qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Məlumata görə, Tuzla limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 1 milyon 758 min 810 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 98 min 80 ton yük daşınıb.
“2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Tuzla limanından 84 min 466 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 449 min 881 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 30 milyon 74 min 625 ton olub.
Bununla yanaşı, 2023-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 134 min 671 ton tranzit yük daşınıb.