Nvidia aprel-iyun dövrü üçün balans hesabatını dərc edib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia bu ilin ikinci rübündə 13,51 milyard dollar gəlirlə bazar gözləntilərini üstələyib.
Şirkətin bu ilin ikinci rübündəki gəliri ötən ilin eyni dövrünə görə 101% artımla rekord səviyyəyə çataraq 13,51 milyard dollara çatıb. Gəlirlərini əvvəlki rüblə müqayisədə 88% artıran Nvidia, 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar gəlir əldə etdi.
Şirkətin bu dövrdəki gəliri 11,22 milyard dollarlıq bazar gözləntilərini aşsa da, Nvidia üçüncü rüb üçün gəlir gözləntisini 16 milyard dollar olaraq açıqladı. Nvidia həmçinin məlumat mərkəzi gəlirlərinin illik müqayisədə 171 % artaraq 10,32 milyard dollara çatdığını açıqlayıb.
Zəminə Hüseyn
Fins.az