İsrailin energetika naziri Yisrael Katz verdiyi açıqlamada, daxili bazara qaz tədarükünə zəmanət verildikdən sonra Misirə ixracın artırılmasının təsdiqləndiyini bildirib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, İsrail Aralıq dənizindəki Tamar yatağından Misirə qaz ixracını artırmağa razılıq verdiyini açıqladı.
Misirə ixracat artımının Aralıq dənizindəki Tamar Qaz Sahəsindən həyata keçiriləcəyinə diqqət çəkən Katz, "Bu addımla dövlətin gəlirləri artacaq və İsrail ilə Misir arasındakı siyasi əlaqələr güclənəcək" deyə ifadə edib.
Katz Misirə qaz ixracında artımın miqdarı barədə məlumat verməyib. 2026-cı ilə qədər Tamardakı illik hasilatı 6 milyard kubmetrə çatdırmağa qərar verilib. Bunun reallaşması ilə yataqda qaz hasilatının 60 % artacağı vurğulanaraq, 6 milyard kubmetr hasilatın 3,5 milyard kubmetrinin Misirə ixrac ediləcəyi bildirilib..
Hazırda İsrail hər il hasil etdiyi 28 milyard kubmetr qazın təxminən üçdə birini Misir və İordaniyaya ixrac edir. İordaniya İsraildən idxal etdiyi təbii qazı daxili bazarda istehlak edir, Misir isə İsraildən aldığı təbii qazı mayeləşdirərək ixrac edir.
Zəminə Hüseyn
Fins.az