DÜNYA

24 Avqust

Türkiyənin Trabzon limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Trabzon limanı 1 milyon 194 min 99 ton yük qəbul edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Məlumata görə, Trabzon limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 171 min 854 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 22 min 245 ton yük daşınıb.

“2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Trabzon limanından 84 min 368 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 449 min 881 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 30 milyon 74 min 625 ton olub.