DÜNYA

24 Avqust

Türkiyə və Səudiyyə Ərəbistanı ticarət əlaqələrini genişləndirilməsiylə bağlı razılıq əldə edilib

Türkiyə və Səudiyyə Ərəbistanı ticarət əlaqələrini genişləndirir.

Fins.az Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə razılaşma Türkiyənin ticarət naziri Ömər Bolatla Səudiyyə Ərəbistanının ticarət naziri Məcid bin Abdullah əl-Qasabinin görüşü zamanı əldə edilib.

"Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə olunan mövzular, o cümlədən, ikitərəfli ticarət, tikinti xidmətləri və Ərəbistanın “Vizyon 2030” layihəsi çərçivəsində əməkdaşlıq imkanları ilə bağlı atıla biləcək konkret addımları qiymətləndirdik", - deyə Ö.Bolat bildirib.

Bundan əlavə, tərəflər ölkələr arasında yüksək səviyyəli əməkdaşlıq sayəsində ticarət əlaqələrini daha da inkişaf etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17 iyul tarixində Səudiyyə Ərəbistanına səfər edib.

Fuad Mədətov
Fins.az