DÜNYA

24 Avqust

Çin Yaponiyadan bütün dəniz məhsulları idxalını dayandırır

Çin Yaponiyadan bütün dəniz məhsulları idxalını dayandırdığını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Çin bildirib ki, Yaponiya 2011-ci il zəlzələsindən sonra sunami nəticəsində zədələnmiş Fukusima İn-Dai Atom Elektrik Stansiyasından radioaktiv tullantı sularını okeana tökməyə başladıqdan sonra Yaponiyadan bütün dəniz məhsulları idxalını dayandırıb.

Baş Gömrük İdarəsinin bəyanatında deyilir ki, qərar “Fukusimadan radioaktiv tullantı sularının dənizə axıdılması nəticəsində yaranan nüvə tullantıları riskinin qarşısının alınması, Çin istehlakçılarının sağlamlığının və idxal olunan ərzaq məhsullarının təhlükəsizliyinin qorunmasına” yönəlib.

Zəminə Hüseyn
Fins.az