DÜNYA

24 Avqust

Türkiyədə istehlakçı güvən indeksi azalıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) ilə əməkdaşlıq çərçivəsində hesablanan İstehlakçı Güvən İndeksi açıqlanıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyulda 80,1 bənddən avqustda 15,1 % azalaraq 68,0-a düşüb. 

Digər tərəfdən, iyul ayı ilə müqayisədə 12,1 bal azalma aylıq bazda yeni rekord oldu.

Zəminə Hüseyn
Fins.az