2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Tekirdağ limanı 14 milyon 223 min 560 ton yük qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Məlumata görə, Tekirdağ limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 422 min 525 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 13 milyon 801 min 35 ton yük daşınıb.
“2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Tekirdağ limanından 9 milyon 120 min 695 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.