DÜNYA

22 Avqust

Türkiyənin Çinə hazır geyim məhsulları ixracı azalıb

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Çinə hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azaldaraq? 34,6 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Çinə hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 76,5 faiz artıraraq? 6,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 11,5 milyard dollara çatıb.

Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,9 faiz azdır.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 20,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.