Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıraraq, 100,5 milyon dollara çatdırıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyul ayında Türkiyə Qazaxıstana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 3 dəfə artıraraq 19,6 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 20,1 milyard dollara çatıb.
Bu ilin iyul ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 33,2 faiz çoxdur.
Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 33,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.