2023-cü ilin yanvar-iyul aylarında Yunanıstandan Türkiyə limanlarına 10 milyon 195 min 649 ton yük daşınıb.
Fins.az-a xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Yunanıstandan limanlara 828 min 603 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 9 milyon 26 min 274 ton yük çatdırıb.
Bu müddət ərzində Yunanıstan bayraqlı gəmilərlə Türkiyə limanlarına 340 min 772 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarına Yunanıstandan 2 milyon 386 min 267 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 449 min 881 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 30 milyon 74 min 625 ton olub”, - deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2023-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 134 min 671 ton tranzit yük daşınıb.
Məlumata əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 227 milyon 32 min 354 ton yük qəbul edib.
“2023-cü ilin yanvar-iyul aylarında Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 16 milyon 812 min 935 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 210 milyon 219 min 419 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarından 41 milyon 60 min 938 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.
Bu dövrdə, Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.
2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton tranzit yük daşınıb.