2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Kocaeli limanı 40 milyon 686 min 177 ton yük qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Məlumata görə, Kocaeli limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 3 milyon 188 min 292 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 37 milyon 497 min 885 ton yük daşınıb.
“2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Kocaeli limanından 325 min 479 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 449 min 881 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 30 milyon 74 min 625 ton olub.