İngiltərədə onlayn daşınmaz əmlak platformalarından biri olan Rightmove tərəfindən edilən açıqlamada, avqust ayında satışa çıxarılan yeni evlərin orta qiyməti azalaraq 364 min 895 sterlinq olduğu qeyd edildi.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, avqust ayında satışa çıxarılan yeni evlərin orta qiymətinin 1,9 % azaldığı bildirilib
Açıqlamada, sözügedən nisbətin 2008-ci ildən bəri ən kəskin aylıq qiymət enişi olduğu, avqust ayında ölkədə satış müqaviləsi olan evlərin sayının isə 15% azaldığı bildirilib.
Zəminə Hüseyn
Fins.az