2023-cü ilin yanvar-iyul aylarında Misirdən Türkiyə limanlarına 12 milyon 151 min 958 ton yük daşınıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Misirdən limanlara 1 milyon 423 min 765 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 10 milyon 679 min 769 ton yük çatdırıb.
Bu müddət ərzində Misir bayraqlı gəmilərlə Türkiyə limanlarına 48 min 424 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarına Misirdən 860 min 33 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 449 min 881 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 30 milyon 74 min 625 ton olub”, - deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2023-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 134 min 671 ton tranzit yük daşınıb.