DÜNYA

18 Avqust

Avropada yeraltı qaz anbarlarının 90 faizi doldurulub

Noyabrın 1-dək yeraltı qaz anbarlarının ən az 90 faizini doldurmağı hədəfləyən Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarının doluluq nisbəti 89,89 faizə çatıb.

Fins.az xəbər verir ki, bu barədə Aİ Komissiyasının məruzəçisi Stefan de Keersmaecker Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

Üzv ölkələrin noyabrın 1-dək yeraltı qaz anbarlarının ən az 90 faizini doldurmağı hədəflədiklərini xatırladan Keersmaecker, qaz anbarlarının artıq 89,89 faizinin doldurulduğunu qeyd edib.

Keersmaecker, AB ölkələrinin qaz anbarlarını doldurma öhdəliyinin əhəmiyyətinin fərqində olduqlarına diqqət çəkərək, anbarların doldurulması prosesinin davam etdiyini və düzgün istiqamətdə irəlilədiklərini bildirib.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. Müharibə nəticəsində Rusiyanın Aİ-yə təbii qaz nəqli kəskin şəkildə azaldı. Müharibənin başlaması ilə Aİ ölkələri yeraltı təbii qaz anbarlarının qış aylarına qədər doldurulmasını məcburi edəcək qanuni tənzimləmələr hazırladı. Bu çərçivədə, noyabrın 1-dək qaz anbarlarının 90 faizinin doldurulması nəzərdə tutulurdu. Beləliklə, Aİ hədəfinə təxminən 2 ay əvvəl çatdı.