DÜNYA

18 Avqust

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər azalıb

ABŞ Əmək Departamenti həftəlik işsizlik müraciətləri ilə bağlı məlumat açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-da işsizlik müavinəti üçün müraciətlər avqustun 12-də bitən həftədə azalaraq 239 minə düşüb.

Bu dövrdə işsizlik müavinəti müraciətlərinin 240 min səviyyəsində reallaşması gözlənilirdi.

Zəminə Hüseyn
Fins.az