Yaponiyanın Maliyyə Nazirliyinin verdiyi məlumata əsasən, 2023-cü ilin iyul ayında Yaponiyanın ixracı illik ifadədə 0.3% azalaraq 8.725 trilyon yen (59.59 milyard dollar) təşkil edib. İndeks 2021-ci ilin fevral ayından bugünə ilk dəfə olaraq geriləyib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ekspertlər iyun ayında 1.5%-lıq artımdan sonra Yaponiya ixracatının iyul ayında 0.8% azalacağını ehtimal edirdilər.
Keçən ay idxal 13.9% azalaraq 8.804 trilyon yen təşkil edib. Eniş 2020-ci ilin sentyabr ayından bəri ən yüksək eniş olub.
Analitiklər iyun ayında idxal həcimlərinin 12.9% azaldıqdan sonra 14.7% azalacağını proqnoz edirdilər.
Ötən ay elektrik cihazların ixracı 7.3%, sənaye mallarının ixracı 4.5%, kimyəvi məhsulların ixracı 8.8% azalıb. Bu arada nəqliyyat avadanlığının tədarükü 22.7% artıb.
İyulda Yaponiyaya mineral yanacaq idxalı 35.8%, o cümlədən benzin - 29.7%, LNG - 42.3% azalıb. Elektrik avadanlıqların alışı 1.4%, kimyəvi məhsulların alışı 12.4%, sənaye mallarının alışı isə 16.3% azalıb. Eyni zamanda, avtomobil idxalı 67.2% artıb.
Yaponiyanın xarici ticarət saldosu bir il əvvəlki 1.42 trilyon yen və iyunda 43.1 milyard yen profisiti ilə müqayisədə iyulda mənfi 78.73 milyard yen təşkil edib.