Avropa Statistika Agentliyi “Eurostat”-ın məlumatına əsasən, Avrozonanın ticarət profisiti may ayında 0.3 milyard kəsirdən sonra iyunda 23 milyard avro təşkil edib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, analitiklər 18.3 milyard avro profisit proqnozlaşdırmışdılar.
Eyni zamanda, illik ifadədə Avrozonadan ixrac olunan malların həcmi iyunda 0.3% artaraq 252.3 milyard avroya, idxal olunan isə 17.7% azalaraq 229.3 milyarda çatıb.
Avropa İttifaqında iyun ayı ticarət profisiti bir ay əvvəl 1.3 milyard avroluq kəsirdən sonra 24.6 milyard avro təşkil edib. İyun ayında Aİ-dən ixrac olunan malların həcmi illik ifadədə 0.4% artaraq 225.9 milyard avroya, idxal olunan malların isə 22.6% azalaraq 201.2 milyarda çatıb