Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Türkmənistana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz azaldaraq, 25,3 milyard dollara çatdırıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyul ayında Türkiyə Türkmənistana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 16,3 faiz artıraraq, 4,5 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 20,1 milyard dollara bərabər olub.