Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Gürcüstana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artıraraq, 42,6 milyon dollara çatdırıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyul ayında Türkiyə Gürcüstana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 17,9 faiz artıraraq, 7,1 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azalaraq, 2,8 milyard dollara bərabər olub.