DÜNYA

14 Avqust

Böyük Britaniyada sənaye istehsalının həcmi artıb

Böyük Britaniyada sənaye istehsalının həcmi iyunda may ayı ilə müqayisədə 1.8% artıb. Bu barədə ölkənin Milli Statistika İdarəsi məlumat yayıb.

Fins.az xəbər verir ki, analitiklər göstəricinin 0.1% artacağını ehtimal edirdilər.

İllik ifadədə 1.1%-lıq azalma proqnozlaşdırılsada, göstərici 0.7% artıb.

May ayında Böyük Britaniyada sənaye istehsalı aylıq ifadədə 0.6%, illik ifadədə isə 2.1% azalıb.

İyun ayında Böyük Britaniyada emal sənayesində istehsalın həcmi aylıq ifadədə 2.4% artıb. Halbukui, 0.2%-lıq artım proqnozlaşdırılırdı. İllik ifadədə göstərici 3.1% artıb, baxmayaraq ki, yalnız 0.3%-lıq artımın olacağı ehtimal edilirdi.