Britaniya iqtisadiyyatı iyun ayında 0,5 faiz, ilin ikinci rübündə isə 0,2 faiz artıb.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, apreldə 0,2 % , may ayında 0,1 % olan artım iyunda 0,5 %-ə yüksəlib.
İyun ayında istehsalda artım 1,8 % olduğu halda, tikinti sektorunda 1,6 %, xidmətlər sektorunda isə 0,2 % artım qeydə alınıb.
May ayında istehsal sektoru 0,3 % azalıb, xidmət sektoru isə 0,2 % artıb.
Aprel-iyun aylarını əhatə edən ilin ikinci rübündə Britaniya iqtisadiyyatı 0,2 % artıb. Gözlənti iqtisadiyyatın ikinci rübdə artmayacağı idi.
Bu ilin ikinci rübündə xidmətlər sektorunda artım 0,1 %, istehsal sektorunda isə 0,7 % təşkil edib.
Leyla Fikrətqızı
Fins.az