İstanbul Ticarət Palatasına (İTO) bağlı çörək sexlərində 200 qram çörəyin qiyməti 6,5 lirə olub.
İTO-nun avqust assambleyasında İstanbulda İTO-ya üzv olan çörəkbişirmə müəssisələrinin çörək qiymət tariflərinin müəyyən edilməsi üçün səsvermə keçirilib.
Səsvermə nəticəsində İstanbulda “1 kiloqram çörəyin qiyməti 32,5 lirəni keçməmək şərti ilə 200 qram çörəyin qiyməti 6,5 lirə olacaq” şəklində hazırlanan Maksimum Çörək Qiyməti Tarifi qəbul edilib. .
İTO üzvü olan çörək sexlərində 200 qram çörəyin qiyməti yanvarın 1-dən 5 lirədir.
Leyla Fikrətqızı
Fins.az