Rusiya taxılının Afrikaya pulsuz tədarükü yaxın zamanda həyata keçiriləcək.
Fins.az xəbər verir ki, bunu Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib.
Nazirin sözlərinə görə, hələlik söhbət altı ölkədən və hər birinə 25-50 min ton həcmində taxılın tədarükündən gedir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir müddət öncə ölkəsinin Burkina Faso, Mali və Eritreyaya, hər birinə 25-50 min ton olmaq şərti ilə, taxıl tədarük etməyə hazır olduğunu açıqlayıb.