Dollar/rubl pariteti 2022-ci ilin martından bəri ilk dəfə 98-i keçib.
Fins.az xarici KİV-lərə istinadla xəbər verir ki, həftənin üçüncü ticarət günündə rubl dollar qarşısında təxminən 0,88 faiz ucuzlaşıb, dollar/rubl pariteti isə 98-ə yüksəlib.
Beləliklə, dollar/rubl pariteti 2022-ci il martın 25-dən bəri ilk dəfə olaraq 95-dən yuxarı qalxıb.
Ekspertlər rublun ucuzlaşmasında idxalın artması ilə yanaşı, yay mövsümündə Rusiya vətəndaşlarının tətil üçün xarici valyutaya tələbatının artmasının da təsirli olduğunu vurğulayırlar.
Rusiya Maliyyə Nazirliyi avqustun 3-də verdiyi açıqlamada 2022-ci ilin yanvarından bəri ilk dəfə olaraq daxili bazarda valyuta alışını bərpa edəcəyini açıqlayıb.