DÜNYA

10 Avqust

Ukrayna limanlarından mülki gəmilərin yola düşməsi üçün “müvəqqəti dəhlizlər” açılıb

Ukraynanın Odessa və Yujnı limanlarından mülki gəmilərin yola düşməsi üçün “müvəqqəti dəhlizlər” açılıb.

Fins.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələri elan edib.

Həmçinin qeyd olunub ki, gəmi sahibləri və kapitanları hərbi və mina təhlükəsi şəraitində üzməyə hazır olduqlarını rəsmən təsdiq etdikdən sonra gəmilər marşrutlara buraxılacaq.

Leyla Fikrətqızı
Fins.az