DÜNYA

10 Avqust

"Abdülhamit Han" Aralıq dənizində yeni vəzifəsinin icrasına başlayıb

"Abdülhamit Han" qazma gəmisi Aralıq dənizində yeni vəzifəsinin icrasına başlayıb.

Fins.az-ın məlumatına görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

"Donanmaya qoşulduqdan düz bir il sonra "Abdülhamit Han" qazma gəmisi Aralıq dənizindəki yeni missiyasına yola salınıb. Ötən ilin eyni günü Mersin Taşucu Limanında təşkil edilən mərasimlə ilk vəzifəsinə yola salınan "Abdülhamit Han" Aralıq dənizindəki yeni vəzifəsinə bu gün başlayıb", - deyə nazir qeyd edib.

"Abdülhamit Han" qazma gəmisi qoşa qülləyə və 200 nəfərlik heyətəmalikdir. 12 min 200 metrə qədər qazma qabiliyyəti ilə seçilir. Gəminin qülləsinin uzunluğu 104 metrdir.

Uzunluğu 238 metr, eni 42 metr və çəkisi 62 min brüt ton olan gəmi Türkiyənin "Fatih", "Kanuni" və "Yavuz"dan sonra dördüncü qazma gəmisidir.

Texniki avadanlığı və fiziki xüsusiyyətləri ilə karbohidrogen axtaran donanmanın ən böyüyü olan "Abdülhamit Han" yeddinci nəsil adlanır.