Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Birləşmiş Ərəb Əmirliklərinə elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 123,7 milyon dollara çatdırıb.
Fins.az xəbər verir ki, iyul ayında Türkiyə BƏƏ-nə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 46,4 faiz artaraq 18,8 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 9,1 milyard dollara çatıb.
©Trend