2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq, 9,1 milyard dollara bərabər olub.
Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
“Bu ilin iyul ayında Türkiyə 1,3 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23,6 faiz çoxdur”,- deyə nazirlikdən əlavə edilib.
Qeyd edilib ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.