2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq, 8,3 milyard dollara bərabər olub.
Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 27,2 faiz azdır”, - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində polad məhsulları ixrac edib.