DÜNYA

04 Avqust

Polşa bu halda Belarusa qarşı silaha əl atacaq

Polşanın döyüş helikopterlərinin pilotları Belarusla sərhəddə fövqəladə hallar zamanı tərəddüd etmədən silahlarından istifadə etməyə hazırdırlar.

Fins.az bildirir ki, bu sözləri Polşa ordusunun generalı Marek Sokolovski deyib.

Sokolovski bildirib ki, müdafiə naziri Mariuş Blaşçakın əmrinə əsasən, helikopterlər sərhəddə fövqəladə hallar zamanı dərhal reaksiya vermək üçün iki yerdə yerləşdiriləcək.

Qeyd edək ki, Polşa bir neçə gün öncə Belarus helikopterlərinin hava məkanını pozduğunu iddia edib. Ötən gün isə Polşa Belarusla sərhədə döyüş helikopterləri göndərib.