DÜNYA

04 Avqust

BMT-nin ərzaq proqramı tələb olunan məbləğin 20 faizindən azını toplayıb

Bu ilin əvvəlindən BMT-nin Ümumdünya Ərzaq Proqramına 4,5 milyard dollar ayrılıb.

Profil.az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Antoni Blinken deyib.

Onun sözlərinə görə, bu, tələb olunan məbləğin cəmi 18 faizini təşkil edir.

“Maliyyə çatışmazlığı itirilmiş insanların sayı ilə ölçüləcək. Ümumdünya Ərzaq Proqramı çərçivəsində 171 milyon insana kömək etmək üçün bu 25 milyard dollar lazımdır”, - deyə A.Blinken qeyd edib.

Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli deyib ki, aclıqdan əziyyət çəkən ölkələrdə milyonlarla insan Rusiya-Ukrayna razılaşmasının bir hissəsi kimi ixrac olunan taxıldan asılıdır. Moskva sövdələşmədə iştirakını onun şərtlərini yerinə yetirmədiyinə - xüsusən də Rusiya gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına görə dayandırıb.